İranda iki avtomobil qəzası baş verib, ölən və yaralananlar var

İranda iki avtomobil qəzası baş verib, ölən və yaralananlar var
# 18 may 2014 09:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Simnan vilayətində avtobus qəzası baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 18-də saat 00:25-də Damğan-Simnan magistralının 107-ci kilometrliyində, dağətəyi ərazidə meydana gəlib.

Avtobusla yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İçərisindəki 42 sərnişindən 38-i İraq vətəndaşı olan avtobusun Məşhəd şəhərindən Qum şəhərinə doğru hərəkət etdiyi bildirilir.

Hadisəyə avtobus sürücüsünün uzun yol qət etməsinə baxmayaraq, istirahət etmək üçün fasilə verməməsinin səbəb olduğu vurğulanır.

Bundan əlavə, İranın Xuzistan vilayətində iki minik avtomobilinin toqquşma nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə mayın 17-də saat 23:30-da Şuş-Dezful yolunda, şəkər zavodunun 2 kilometrliyinə baş verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR