Məhkəmə bank əməkdaşının işinə bərpa olunması barədə qərar qəbul edib

 Məhkəmə bank əməkdaşının işinə bərpa olunması barədə qərar qəbul edib
# 02 oktyabr 2015 13:28 (UTC +04:00)

Hüquqşünas Əkrəm Həsənov APA-ya bildirib ki, hakim Pərviz Hüseynovun sədrlik etdiyi iclasda qərar qəbul olunub. Qərara görə, “Bank VTB”nin işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədov əvvəlki vəzifəsinə bərpa edilib.

Ə. Həsənov qeyd edib ki, B. Məmmədov işdən korrupsiya qalmaqalı (müştəriyə kreditin verilməsi əsnasında) nəticəsində azad olunub. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR