Azərbaycanda kommersiya banklarının xarici borclanması azalmaqda davam edir

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalmaqda davam edir
# 08 avqust 2016 12:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 288,4 mln. manat və ya 4,13% azalaraq 2016-cı ilin iyul ayının 1-nə 6 625,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayı ilə müqayisədə iyunda bankların xarici borclanması 67,9 mln. manat və ya 1,01% azalıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin iyununda bankların məcmu xarici öhdəliklərin həcmi 1 578,7 mln. manat və ya 19,24% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin iyulun 1-nə 4 857,3 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 470,7 mln. manat və ya 10,7% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin may ayı ilə müqayisədə iyunda 657,7 mln. manat və ya 11,93%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR