Saatlıda avtomobil 77 yaşlı qadını vuraraq öldürüb

 Saatlıda avtomobil 77 yaşlı qadını vuraraq öldürüb
# 17 oktyabr 2015 07:38 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saat 20.00 radələrində, Saatlı rayonunun Qalağayın-Məmmədabad avtomobil yolunda qeydə alınıb.

Saatlı rayonunun Qaranuru kənd sakini Ağayev Kamil Famil oğlunun idarə etdiyi “VOLKSWAGEN” markalı, 10 LX 258 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 1938-ci il təvəllüdlü Həsənova Mədinə Behbud qızını vurub. Nəticədə piyada xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR