Bağlanan doqquz bankın əmanətçilərinə 232 mln. manatdan artıq kompensasiya ödənilib

Bağlanan doqquz bankın əmanətçilərinə 232 mln. manatdan artıq kompensasiya ödənilib
# 02 sentyabr 2016 13:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 1 sentyabr 2016-cı il tarixində "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 mln. 211 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 37 mln. 168 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 15 mln. 931 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 659 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 76 mln. 969 min manatdan artıq kompensasiya verilib.

1 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 9 mln. 371 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 419 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 10 mln. 790 min manatdan artıq kompensasiya verilib.

1 sentyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 61 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 630 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 586 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 9 bank üzrə 232 mln. 345 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR