Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Sentyabr
# 16 sentyabr 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin ucuzlaşacağı dünya iqtisadiyyatında böhrana qarşı əsas vasitə kimi dəyərləndirilsə də, təxminlər özünü doğrultmadı. Belə hesab olunurdu ki, neftin dəyərdən düşməsi enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə təsir edəcək, bu isə öz növbəsində məhsulların və xidmətlərin ucuzlaşmasına səbəb olacaq. Nəzəri baxımdan düzgün yanaşma olsa da, bu ehtimal neftin 10-20 faiz ucuzlaşması halında özünü doğrulda bilərdi. Amma belə olmadı. Ucuzlaşmanı böhrandan çıxış yolu kimi görənlər yanıldılar, onların təxminlərini ilk növbədə Çin iqtisadiyyatı boşa çıxardı. Dünyanın bir nömrəli neft alıcısı olan Çin iqtisadiyyatında böhran məhz neftin ucuzlaşmasından sonra başlayıb və bu proses domino prinsipi ilə digər ölkələrin iqtisadiyyatlarına sirayət edib. Böhranın səbəbləri fərqli olduğu kimi, çıxış yollarına dair fikirlər də fərqlidir. Amma artıq hər kəsin bölüşməyə başladığı ortaq bir fikir var - dünya iqtisadiyyatını böhran durumundan neftin ucuzlaşması deyil, bahalaşması xilas edə bilər. OPEK-in son təşəbbüsləri, neft maqnatlarının yüksək qiymətlərlə bağlı proqnozları da bu iddiaya əsaslanır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR