Sebastian Leş: “Biz iş adamlarını hər hansı bir ölkəyə sərmayə qoymağa məcbur edə bilmərik” - FOTO

Sebastian Leş: “Biz iş adamlarını hər hansı bir ölkəyə sərmayə qoymağa məcbur edə bilmərik” - <span style="color: red;">FOTO
# 14 sentyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Almaniya İnkişaf Nazirliyi üçün Azərbaycan qeyri-adi tərəfdaş ölkədir”. Bu barədə Almaniyada səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşdə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin mətbuat katibi Sebastian Leş deyib. Onun sözlərinə görə, Azərbaycanın fərqli tarixi var və ölkə Avropaya inteqrasiyaya can atır.

Almaniyanın Azərbaycana qoyduğu sərmayənin miqdarının azlığı barədə suala cavab verən S. Leş bildirib ki, nazirlik iş adamlarını hər hansı bir ölkəyə sərmayə qoymağa məcbur edə bilməz: “Onlar münasib şəraiti olan yaxın bazarları axtarırlar. Hüquqi aspektlər və nəqliyyat infrastrukturu da öz rolunu oynayır".

Görüş zamanı S. Leş nazirliyinin mətbuat xidmətinin işi barədə də məlumat verib. O deyib ki, işçilər maraqlı xəbərləri toplayıb onları nazirə və nazirliyin əməkdaşlarına təqdim edirlər: "Bizdə Cənubi Qafqazla əməkdaşlıq üzrə məsul şəxs çalışır və o, regionda baş verən hadisələri izləyir. Bizim işimiz nazirlik işçiləri üçün onların fəaliyyəti ilə bağlı maraqlı məqalələri toplamaqdır. Amma bu, bizim yeganə məlumat mənbəyimiz deyil. Biz həmçinin federal hökuməti təmsil edən Almaniyanın Bakıdakı səfirliyi ilə sıx işləyirik".

Qeyd edək ki, Azərbaycan jurnalistlərin Almaniyaya səfəri "Azadlıq naminə Fridrix Naumann Fondu" tərəfindən təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR