Gəncədə uşaq neft içərək zəhərlənib

Gəncədə uşaq neft içərək zəhərlənib
# 18 sentyabr 2013 11:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində 2 yaşlı uçaq neft içərək zəhərlənib. Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 2011-ci il təvəllüdlü Qurbanov İsmayıl Seymur oğlu ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlərin tibbi yardımı ilə 2 yaşlı uşağı xilas etmək mümkün olub. Onun vəziyyətinin normal olduğu bildirilir. Uşağın valideynləri bildirib ki, evdə meyvə şirəsi qutusuna neft töküblər və uşaq nefti şirə bilərək içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR