Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək
# 10 dekabr 2012 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib. O qeyd edib ki, səfər gələn ilin ilk yarısında gerçəkləşəcək. Hələlik səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir: “Önümüzdəki il Fransa-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və qarşılıqlı rəsmi səfərlər baxımından məhsuldar il olacaq. 2013-cü ildə həmçinin Azərbaycan-Fransa hökumətlərarası komissiyasının da iclası keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR