Azərbaycan prezidenti Laos və BƏƏ-nin dövlət və hökumət başçılarını təbrik edib

Azərbaycan prezidenti Laos və BƏƏ-nin dövlət və hökumət başçılarını təbrik edib
# 01 dekabr 2012 17:19 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Respublika günü münasibətilə Laos Xalq Demokratik respublikasının prezidenti Çoummali Sayasoneyi təbrik edib.

APA-nın verdiyi xəbərə görə, dövlət başçısı digər məktubu ilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyananı, bu ölkənin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktumu BƏƏ-nin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR