Moskvada Heydər Əliyevin bu günə kimi nümayiş olunmayan şəkillərindən ibarət foto-sərgi təşkil ediləcək

Moskvada Heydər Əliyevin bu günə kimi nümayiş olunmayan şəkillərindən ibarət foto-sərgi təşkil ediləcək
# 04 dekabr 2012 16:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Heydər Əliyev. Bilinməyən şəkillər” adlı sərgi keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 11-də “Ukrayna” hotelində baş tutacaq sərginin təşkilatçısı Azərbaycanın Rusiyadakı səfirliyidir. Sərgi Heydər Əliyevin anım gününə həsr olunub.

Sərgidə Heydər Əliyevin indiyə qədər heç yerdə nümayiş olunmayan fotoları təqdim ediləcək. Fotolar 1984-cü ildə İrkutsk şəhərinin “Vostoçno-Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeri Karasev tərəfindən lentə alınıb. V. Karasev həmin vaxt SSSR Nazirlər Soveti sədrinin müavini olan Heydər Əliyevi Baykal-Amur magistralının tikintisi zamanı keçirdiyi görüşlərdə müşayiət edib. Bu zaman o, 1600-dən çox foto çəkib. V. Karasev həmin fotoları bir müddət əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR