Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb - VİDEO

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb - <span style="color: red;">VİDEO
# 16 noyabr 2015 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün noyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 13-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0506 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0072 manat və ya 0,64% azalaraq 1,1262 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% azalaraq 0,0157 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR