Göyçayda avtomobil kanala düşüb, sürücü ölüb

Göyçayda avtomobil kanala düşüb, sürücü ölüb
# 07 dekabr 2012 08:43 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ulaşlı Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü Seyidov Fazil Məcid oğlu idarə etdiyi 10-FS-391 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik maşını ilə Yuxarı Şirvan kanalının üzərindəki körpüdən keçmək istəyərkən qatı dumanlı hava olduğu üçün yolu səhv salıb və avtomobil körpünün kənarından sürüşərək kanala düşüb. Hadisə nəticəsində köməksiz olan sürücü suda boğularaq ölüb. Onun meyiti kanala düşdüyü yerdən 400 metr aralıda tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR