Millət vəkilləri ilə Xocalıdan olan, hər iki valideynini itirmiş gənclərin görüşü keçirilib

Millət vəkilləri ilə Xocalıdan olan, hər iki valideynini itirmiş gənclərin görüşü keçirilib
# 14 mart 2013 14:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin binasında Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatlarının Xocalıdan olan, hər iki valideynini itirmiş 25 gənclə görüşü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib ki, valideynlərini itirmiş gənclərin əsas problemləri mənzil və şəhidlik statusları ilə bağlıdır. Bu problemlərin həll olunmasının vacibliyini qeyd edən B. Səfərov deyib ki, mənzil probleminin həllində bu gənclərə lazımı köməklik göstərəcək. B. Səfərov bu barədə prezident İlham Əliyevə də müraciət edəcəyini söyləyib.

Deputat Fuad Muradov da bu gənclərə dövlət tərəfindən xüsusi qayğı və diqqətin göstərilməsinin vacibliyini bildirib: “Milli Məclisdə şəhidlik statusu ilə bağlı müzakirələr olacaq. Hər halda, 25 gəncin maddi, texniki, mənəvi problemləri var və biz bunun həllinə çalışmalıyıq”.

Daha sonra deputat Qənirə Paşayeva və Rövşən Rzayev də çıxış edərək mövzuya dair fikirlərini ifadə ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR