Rusiya və Ermənistan xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçirilib

Rusiya və Ermənistan xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçirilib
# 13 noyabr 2012 08:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusunda siyasi məsləhətləşmələr keçirilib. APA-nın “Reqnum”a istinadən yaydığı məlumata görə, məsləhətləşmələrdə Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Tiqran Mkrtçyan, Rusiya nümayəndə heyətinə isə XİN mətbuat və informasiya idarəsinin rəisi Aleksandr Lukaşeviç rəhbərlik edib. Görüşdə iki ölkə arasında informasiya əməkdaşlığının əsas mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR