İran Buşəhr AES-də qəza baş verməsi xəbərini təkzib edib

İran Buşəhr AES-də qəza baş verməsi xəbərini təkzib edib
# 12 dekabr 2012 13:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “Buşəhr atom-elektrik stansiyasında heç bir qəza baş verməyib”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.

Onun sözlərinə görə, Buşəhr AES müəyyən olunmuş müddətdə Rusiya tərəfindən iranlı mühəndislərə təhvil veriləcək. F. Abbasi əlavə edib ki, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasındakı müzakirələr Tehranda keçiriləcək: “Müzakirələrdə ciddi narahatlıq doğuran əsas məsələlər müzakirə olunacaq”.

Qeyd edək ki, İranın bəzi kütləvi informasiya vasitələri AEBA icraçı direktorunun müavini Herman Nakertsin rəhbərlik etdiyi 7 nəfərlik nümayəndə heyətinin dekabrın 13-də İrana səfər edəcəyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR