Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri noyabrda 4 faizdən çox artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri noyabrda 4 faizdən çox artıb
# 08 dekabr 2012 08:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,1% artıb.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 94,9% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,1% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4% bahalaşıb.

«Noyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,9% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 4,3%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, neft məhsullarının istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,1% ucuzlaşıb, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 8,4%, qida məhsullarının istehsalı üzrə 5,6%, içki istehsalı üzrə 3,6%, toxuculuq sənayesi üzrə 3,5%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5%, mebel istehsalı üzrə 1,9%, metallurgiya sənayesi üzrə 0,7%, geyim istehsalı üzrə 0,4%, tikinti məmulatlarının istehsalı, poliqrafiya fəaliyyəti və əczaçılıq məhsullarının istehsalı üzrə 0,1% artıb», - deyə Komitədən bildirilib.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,2% enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR