Bakıda Mustafa Kamal Atatürkü anım mərasimi keçirilib

Bakıda Mustafa Kamal Atatürkü anım mərasimi keçirilib
# 10 noyabr 2012 16:04 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümünün 74-cü ildönümü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bu ölkənin səfiri İsmayıl Alper Coşkun, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Səfirlik qarşısında fəxri qarovul düzülüb, Türkiyə bayrağı aşağı endirilib. Tədbirə qatılan qonaqlar cümhuriyyət qurucusunun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Səfir İsmayıl Alper Coşkun Mustafa Kamal Atatürkün çox çətin biz zamanda xalqın döyüş ruhunu qaldıra bildiyini, bununla da böyük bir qələbəyə imza atdığını, bu tarixi qalibiyyət nəticəsində Türkiyə Cümhuriyyətinin yarandığını vurğulayıb.

Tədbir qonaqlar üçün təşkil edilən qəbulla bitib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR