Bakı. Fərid Mirzəyev – APA. Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı bu il 22, 25 və 27 may tarixlərində keçirilmiş müsahibələrin nəticələri açıqlanıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat veriblər.
Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər bu il iyunun 5-də Sertifikasiya Komissiyasından iş yerlərinə göndərişləri ala bilərlər.
HƏKİMLƏRİN MƏRKƏZLƏŞDİRİLMİŞ İŞƏ QƏBULU İLƏ BAĞLI 22.05.2015-Cİ İL, 25-27.05.2015-CI IL TARİXLƏRİNDƏ KEÇİRİLMİŞ MÜSAHİBƏNİN NƏTİCƏLƏRİ
* Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər 05.06.2015-ci il tarixində Sertifikasiya Komissiyasından (ünvan: Bakı şəh., Zərdabi 89) iş yerlərinə göndərişləri ala bilərlər.