Dəməşq yaxınlığında Bəşər Əsədin ordusu silahlıları darmadağın edib

Dəməşq yaxınlığında Bəşər Əsədin ordusu silahlıları darmadağın edib
# 13 dekabr 2012 03:47 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət qüvvələri Dəməşqin yaxınlığında cəmlənmiş silahlı birləşmələri darmadağın edib. APA-nın “As-Səfir” Livan qəzetinə istinadən verdiyi məlumata görə, “iki həftə davam edən şiddətli döyüşlərdən sonra silahlı birləşmələr paytaxt divarlarından uzaqlaşdırıldı”.

Paytaxt ətrafında, əsasən rejim əleyhdarların əsas qüvvələri cəmləşən Şərgi Quta rayonunda, son 48 saat ərzində gərginlik xeyli azalıb.

Hərbi mənbələr hökumət qüvvələrində itki barədə hər hansı məlumat vermir, lakin qeyd edirlər ki, əməliyyat nəticəsində “yüzlərlə silahlı öldürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR