Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 13 noyabr 2012 06:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,50 dollar və ya 0,6% azalaraq 1 barelə görə 85,57 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 12-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,33 dollar və ya 0,3% azalaraq 109,07 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR