Benyamin Netanyahu: “Qəzza sektoru İranın forpostudur”

Benyamin Netanyahu: “Qəzza sektoru İranın forpostudur”
# 20 noyabr 2012 14:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İran Fələstini silah-sursatla təmin edir”. APA-nın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun təqdim etdiyi hesabatda bildirilir. Sənəddə deyilir ki, Qəzza sektoru İranın forpostudur: “İran döyüşçülərə təlim və məşqlər keçir, terrorçu qruplara milyonlarla dollar pul xərcləyir”.

Qeyd edək ki, İsrail Fələstin döyüşçülərinin Təl-Əvivə və digər bölgələrə atdığı “Fəcr-5” raketinin Qəzzaya İrandan gətirildiyini iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR