İranın Herat Baş Konsulluğu fəaliyyətini dayandırıb

İranın Herat Baş Konsulluğu fəaliyyətini dayandırıb
# 12 dekabr 2012 10:45 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İran Əfqanıstanın Herat şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Baş Konsulluğun müvəqqəti bağlandığı qeyd olunub. Bundan əlavə, İran Xarici İşlər Nazirliyi Əfqanıstanın bu ölkədəki səfirliyinə də Heratdakı iranlı diplomatların təhlükəsizliyini təmin etmədiyinə görə nota verib.

Qeyd edək ki, dekabrın 9-da İranın Heratdakı Baş Konsulluğu hücuma məruz qalıb. 150 nəfərdən ibarət bir qrup konsulluğun binasının şüşələrini sındırıb və qapılarını qırıb. Polis onları havaya atəş açaraq dağıdıb. Onlar 3.5 ay əvvəl iş üçün İrana gedən, indiyədək xəbər ala bilmədikləri və bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü iddia olunan 13 əfqanın cənazəsinin verilməsini istəyirlər. Ancaq İranın Əfqanıstandakı səfirliyi məsələ ilə bağlı sənəd və dəlillər tələb edib. İranın Heratdakı Baş Konsulluğu isə 13 əfqanın İrana daxil olduqlarına dair heç bir dəlil və sənədin olmadığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR