Bakıda baş vermiş ölüm faktı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Bakıda baş vermiş ölüm faktı ilə bağlı cinayət işi açılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2014 14:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Avqustun 19-da Bakı şəhərində baş verən ölüm faktı ilə bağlı cinayət işi açılıb. Paytaxtın Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində 1967-ci il təvəllüdlü Vaqif İsgəndər oğlu İbrahimovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Hazırda Xətai Rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir.

***

19. iyul 11.46

Bakı. Fuad Cəfərov – APA. Bakıda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Vaqif İbrahimov sərxoş halda küçədə yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR