Azərbaycanda şəhərlərarası və beynəlxalq sərnişindaşıma ilə məşğul olan avtobusların texniki baxışdan keçməsinə dair tələblər dəyişib

Azərbaycanda şəhərlərarası və beynəlxalq sərnişindaşıma ilə məşğul olan avtobusların texniki baxışdan keçməsinə dair tələblər dəyişib
# 14 iyul 2015 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarı ilə bununla bağlı “Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edilib.

İndiyə qədər nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün istifadəçi tərəfindən ərizəyə nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin skan edilmiş surətinin əlavə edilməsi tələb olunub. Dəyişikliyə əsasən bundan sonra isə ərizəyə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsinin skan edilmiş surətinin əlavə edilməsi tələb olunacaq.

Qərarın respublika daxili işlər orqanlarında elan edilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR