Braziliyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Braziliyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb
# 04 dekabr 2016 21:59 (UTC +04:00)

Braziliyanın San-Paulu şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident San-Pauludan 60 km aralıda yerləşən Sau-Lourensu şəhərində qeydə alınıb.

Hadisə nəticəsində iki kişi və iki qadın ölüb. Yerə çırpılandan sonra helikopter yanıb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR