Türkiyənin Qızıl Ay və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında iş birliyi ilə bağlı razılaşma əldə olunub - FOTO

Türkiyənin Qızıl Ay və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında iş birliyi ilə bağlı razılaşma əldə olunub   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 11:36 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Türkiyə Qızıl Ay və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında tədris sahəsində iş birliyinin həyata keçirilməsi barədə razılaşma əldə olunub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Ahmet Lütfi Akar deyib. O bildirib ki, bundan sonra hər iki təşkilatın əməkdaşları xüsusi kurslarda birgə təcrübə-tədris keçmək şansı əldə edəcəklər: “Uzun illərdir Azərbaycanla strateji iş birliyimiz davam edir. Əlaqələrimizin rəsmiləşdirilməsi üçün Bakıda imzaladığımız sənəd üçüncü tərəflərə bir ismarışdır. Türkiyə Qızıl Ay Cəmiyyəti dünya miqyasında fəaliyyət göstərən bir qurumdur. Bütün bu fəaliyyət sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yanımızda olmasını istəyirik”.

A. L. Akar Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə gələn il keçiriləcək seçkilərdə də eyni mövqedən çıxış edəcəklərini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR