Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi üçün 60 mln. dollar cəlb edib

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi üçün 60 mln. dollar cəlb edib
# 15 noyabr 2012 14:42 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı Departamenti İslam İnkişaf Bankı və digər İslam maliyyə qurumlarından 60 mln. ABŞ dolları həcmində vəsait cəlb edib. «APA-Economics»in məlumatına görə, bu barədə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Qeyd edək ki, ABB-nin strukturunda İslam bankçılığı Departamenti bu ilin sentyabr ayında yaradılıb. İslam bankçılığının Bankda tətbiqi mərhələlərlə həyata keçiriləcək. Belə ki, yeni ofisə yerləşdirmə, işçi heyətinin tam formalaşması, maliyyələşdirmə xətlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi, investisiya portfelinin formalaşması və bu kimi məsələləri həll edərək sonrakı mərhələyə keçid planlaşdırılır. Belə ki, fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi və müştərilərə xidmətlərin göstərilməsinə 2013-cü il yanvar ayından başlanılması planlaşdırılır.

C.Hacıyevin sözlərinə görə, Azərbaycanda İslam bankçılığına dair xüsusi qanunvericiliyin olmaması bu sahənin inkişafını ləngidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR