Üç gün əvvəl oğlu tərəfindən bıçaqlanmış Bakı sakini xəstəxanada ölüb

Üç gün əvvəl oğlu tərəfindən bıçaqlanmış Bakı sakini xəstəxanada ölüb
# 24 dekabr 2012 06:49 (UTC +04:00)

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, dekabrın 21-də xəstəxanaya yerləşdirilmiş Nəriman Rzayev aldığı bıçaq xəsarətlərindən bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 21-də Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 94 ünvanında ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Aqil Mirzəyev atası, 1938-ci il təvəllüdlü Nəriman Mirzəyevi və anası, 1941-ci il təvəllüdlü Tərlan Mirzəyevanı bıçaqlayıb. O, daha sonra evi yandırmağa cəhd göstərib. Lakin qonşuların sayıqlığı nəticəsində yanğının qarşısı alınıb.

A. Mirzəyevin ruhi xəstə olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR