Rumıniyanın Azərbaycandakı səfirliyi daha iki il Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq

Rumıniyanın Azərbaycandakı səfirliyi daha iki il Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq
# 22 noyabr 2012 07:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rumıniyanın Azərbaycandakı səfirliyi daha iki il Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Bakıda keçirilən “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusunda konfransda deyib.

X. İbrahim bu barədə qərarın bu günlərdə qəbul edildiyini deyib. Nümayəndəlik rəhbəri onu da bildirib ki, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan tərəfi müvafiq qurumların iştirakı ilə tədbirlər planı hazırlayır və bu NATO ilə razılaşdırılaraq həyata keçiriləcək.

Qeyd edək ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ilin yanvar ayından NATO-nun Azərbaycanla əlaqələndiricidir. Bundan əvvəl bu funksiyanı Türkiyə səfirliyi yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR