Makedoniya millisinin sabiq futbolçusu “Səbail”ə keçib

Makedoniya millisinin sabiq futbolçusu “Səbail”ə keçib
# 30 iyul 2018 23:02 (UTC +04:00)

2018/19 mövsümünə hazırlaşan “Səbail” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı klubu Tome Kitanovski ilə anlaşıb.

Makedoniyalı sağ cinah müdafiəçisi paytaxt klubunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu bu ilin ilk yarısını Xorvatiya “Slaven”ində keçirib.

Qeyd edək ki, vətənində “Pelister”in yetirməsi olan Kitanovski 2010-13-cü illərdə bu klubun əsas komandasında çıxış edib. Rumıniyada “Universtatya” Krayova (2014), Serbiyada “Vozdovaç” (2014-15) və “Mladost” (2015-17), Xorvatiyada “İstra” (2017-18) klublarında çıxış edən müdafiəçi Makedoniya millilərində də forma geyinib. U-17, U-19, U-21-də oynamış futbolçu 2012-ci ildə debüt etdiyi əsas millidə 1 matç keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR