Təhsil Nazirliyi xüsusi qabiliyyətli məktəbliləri mükafatlandırıb

Təhsil Nazirliyi xüsusi qabiliyyətli məktəbliləri mükafatlandırıb
# 30 noyabr 2012 15:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub. Müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim edilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, indiyə qədər keçirilmiş müsabiqələrə təqdim olunmuş ən yaxşı işlərdən ibarət kataloqun nəşrinin nəzərdə tutulub.

Sonda müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR