BFB-da 10 mln. manat həcmində not emissiyası yerləşdirilib

BFB-da 10 mln. manat həcmində not emissiyası yerləşdirilib
# 22 noyabr 2012 07:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104734S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda 3 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 22 003,5 min manat təşkil edib. Sifarişlər 99,7711% (gəlirlik 2,95%) - 99,7551% (gəlirlik 3,16%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,7598% (gəlirlik 3,10%), orta ölçülmüş qiyməti 99,7621% (gəlirlik 3,07%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi dekabrın 19-dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR