Azərbaycanın bölgələrində telefon rabitəsi və multimedia xidmətləri ilə bağlı geniş tədbirlərə başlanılıb

Azərbaycanın bölgələrində telefon rabitəsi və multimedia xidmətləri ilə bağlı geniş tədbirlərə başlanılıb
# 29 noyabr 2012 09:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi regionlarda sakinlərin telefon rabitəsində və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə geniş tədbirlərə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yaxın günlərdə Abşeron rayonunun Hökməli, Yeni Qobu qəsəbələrində NGN tipli, Qusar rayonunun Gündüzqala, Goranboy rayonunun Səmədabad və Xocalıdan olan məcburi köçkünlər üçün salınan qəsəbədə «KAREL DS200» tipli elektron ATS-lər istismara veriləcək: «Regionlarda qurulan yeni stansiyalar mərkəzə fiber-optik kabellərlə birləşir ki, bu da sürətli keyfiyyətli telefon rabitəsi və internet deməkdir».


Qeyd edək ki, hazırda birlik tərəfindən internet provayderlərlə imzalanan müqaviləyə uyğun olaraq bölgələrdə kompleks tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR