Azərbaycan prezidenti Qusar rayonuna səfər edib

Azərbaycan prezidenti Qusar rayonuna səfər edib
# 20 dekabr 2012 15:08 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı rayonda “Urva-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib.

Prezident stansiyanı işə salıb.

Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib.Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə prezidentə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Daha sonra Qusarda “Zirvə” və “Qaya” otellərinin açılışı olub.

Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər.

Prezident və xanımı otellərdə yaradılmış şəraitlə tanış olublar.

Dövlət başçısı və xanımı Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi mərasimində də iştiark ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR