Azərbaycan prezidenti “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan prezidenti “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib
# 13 noyabr 2012 15:28 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib.

APA-Economics”in xəbərinə görə, gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub.

Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə prezidentə məlumat verdi. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri də yaxın gələcəkdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır.

Prezident İlham Əliyev gəminin texniki parametrləri və imkanları ilə tanış olduqdan sonra onun istismara verilməsini bildirən düyməni basıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR