“Elektron hökumət layihəsinin tətbiqinin texniki və hüquqi xüsusiyyətləri" mövzusunda dəyirmi masa keçirilib

“Elektron hökumət layihəsinin tətbiqinin texniki və hüquqi xüsusiyyətləri" mövzusunda dəyirmi masa keçirilib
# 29 noyabr 2012 13:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bakı. “Elektron hökumət layihəsinin tətbiqinin texniki və hüquqi xüsusiyyətləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Beynəlxalq Mediaya Dəstək təşkilatının proqram rəhbəri Gülnarə Axundova Azərbaycandakı mövcud vəziyyətlə bağlı danışaraq, ölkə vətəndaşlarının bu xidmətdən istifadəsinin əhəmiyyətini vurğulayıb.

Elektron hökumət üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda elektron hökumət anlayışı yeni tendensiyadır və bu vətəndaşlara vaxt itkisi olmadan xidmət ala bilməsini təmin edir: “Amma bunun üçün əhali arasında genişzolaqlı internet şəbəkəsinə çıxışı təmin edilməlidir. Bu gün isə ölkənin təxminən 800 kəndi nəinki internet, hətta elektron telefon xidmətindən də məhrumdur”. Ə. Məmmədli qeyd edib ki, bir çox dövlət qurumları elektron xidmət adı altında, vətəndaşlara online informasiya əldə etmək xidməti göstərir.

Tədbirdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov, sosial media üzrə ekspert Bəxtiyar Hacıyev, jurnalist Azər Həsrət elektron hökumət, mövcud problemlər və vətəndaşların hüquqlarının qorunması üçün zəruri olan məsələlər haqda danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR