Şərqi Avropada güclü şaxta 200-dək insanın həyatına son qoyub

Şərqi Avropada güclü şaxta 200-dək insanın həyatına son qoyub
# 22 dekabr 2012 02:49 (UTC +04:00)

Bakı-APA. Anomal soyuqlar Şərqi Avropada və Rusiyada 200-dək insanın həyatına son qoyub. APA-nın “Bi-bi-si”yə istinadən verdiyi xəbərə görə, ölənlərin çoxu evsiz insanlardır.

Şiddətli şaxta qurbanlarının əksəriyyəti Ukraynada qeydə alınıb – 83 nəfər.

Sinoptiklər şaxtalı havanın gələn həftənin ortalarınadək davam edəcəyini proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR