Bərdə türbəsində təmir işlərinə başlanıb - FOTO

Bərdə türbəsində təmir işlərinə başlanıb   - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 08:21 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Dağılmaq təhlükəsi ilə üz-üzə qalan qədim Bərdə türbəsində elmi bərpa işlərinə başlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, “Nüşabə qalası”, “Bərdə” və “Allah-Allah” türbələri kimi tanınan Bərdə türbəsi ötən əsrin 50-ci illərində erməni mütəxəssislər tərəfindən yararsız hala salınıb. Belə ki, 1957-ci ildə təmirə dayanan türbənin üzərinə erməni əsilli bir memarın təşəbbüsü ilə ümumi çəkisi 50 tona yaxın olan beton örtük qoyulub ki, bu da abidənin həddən artıq yüklənməsinə və sıradan çıxmasına səbəb olub. Bərdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyevin sözlərinə görə, tarixi abidənin əvvəlki görkəminə qaytarılması üçün həyata keçirilən işlərə Mədəniyyət Və Turizm Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Proses respublikanın tanınmış bərpaçıları tərəfindən həyata keçirilir. Bərpa işlərində istifadə olunan vasitələrin əksəriyyəti qonşu dövlətlərdən gətirilir.

Xatırladaq ki, Bərdə türbəsi 1322-ci ildə Azərbaycan memarı Əcəminin yetirməsi olan Əhməd İbn Əyyub əl Hafiz tərəfindən inşa edilib. Hündürlüyü 13, diametri 60 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR