ABŞ Dövlət katibinin köməkçisinin müavini Bey Fenqin Azərbaycana səfəri başa çatıb

ABŞ Dövlət katibinin köməkçisinin müavini Bey Fenqin Azərbaycana səfəri başa çatıb
# 07 dekabr 2012 20:50 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti Katibinin Avropa və Avrasiya Bürosunun İctimai Diplomatiya Məsələləri üzrə köməkçisi Bey Fenq Azərbaycana səfərini başa çatdırıb. Bu barədə APA ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Məlumata görə, Dövlət katibinin köməkçisinin müavininin səfərinin əsas məqsədi Amerika Birləşmiş Ştatları missiyasının Azərbaycanda ictimai diplomatiya sahəsində görülən proqramları ilə tanış olmaq, Azərbaycan rəsmiləri, gənclər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək olub. O Bakı, Sumqayıt və Salyanda gənclərlə görüşərək mübadilə proqramları imkanlarını müzakirə edib. Xanım Fenq həmçinin Salyanda yerləşən Amerika mərkəzi və ictimai diplomatiyaya aid olan məsələləri Salyan rayonunun İcra Hakimiyyətinin Başçısı Tahir Kərimovla müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR