Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun açılışında iştirak edib   - <span style="color: red;">FOTOSESSİYA
# 17 dekabr 2012 17:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsib və zavodda yaradılmış şəraitlə tanış olub.

Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd atıcı silahların kütləvi istehsalının təşkili və modernləşdirilməsi istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasıdır. Zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlayıb, lakin lazımi avadanlıq, texniki vasitələr və kadrlarla təmin edilməyib. Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra isə Konstruktor Bürosunun fəaliyyəti təkmilləşdirilib. Diqqətə çatdırılıb ki, müəssisə tamamilə yenidən qurulub, yeni inzibati bina və müasir tələblərə cavab verən istehsal, sınaq nümunələrinin yığım sahələri yaradılıb, zəruri avadanlıqla təmin edilib.

Prezident İlham Əliyev müəssisənin inzibati binasındakı Heydər Əliyev Muzeyində, tədris otağında, konstruktor şöbəsində yaradılmış şəraitlə tanış olub, zavodun emal sahəsində istehsal prosesini izləyib, yığma sahəsində silahların və hərbi texnikanın nümunələrinə baxıb. Xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə edən dövlət başçısı zavodda yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR