Bakıda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcək

Bakıda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcək
# 17 dekabr 2012 14:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yeni il bayramı ərəfəsində Azərbaycan paytaxtının bir sıra yerlərində satış yarmarkaları təşkil olunacaq.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək. İstehlakçılar bu yarmarkalarda ərzaq və kənd təsərrüfatı mallarını bazarlarla müqayisədə daha ucuz qiymətə əldə edə biləcək.

Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan malların satışının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR