KXCP İdarə Heyətinin iclası keçirilib

KXCP İdarə Heyətinin iclası keçirilib
# 26 noyabr 2012 15:50 (UTC +04:00)

Bakı. Elvin Abbasov - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

KXCP İdarə Heyəti qərarların icra vəziyyətini qənaətbəxş hesab edib. Daha sonra iclasda sərbəst toplaşmaq azadlığının pozulması və bu istiqamətdə qanunvericiliyin sərtləşdirilməsi, etiraz aksiyası keçirməklə konstitusion haqlarını ifadə edən vətəndaşlara qarşı təzyiqlərdən narahatlıq ifadə olunub.

KXCP hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq azadlığına hörmət etməyə, ictimai fəallara qarşı təzyiqləri aradan qaldırmağa, gənc fəal Dəyanət Babayev və digərləri haqqında olan cinayət işinə xitam verməyə, eləcə də qanunsuz həbsdə olan məhbusları azad etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR