Məktəbliləri öldürən amerikalı valideynlərini də qətlə yetirib - FOTOSESSİYA

Məktəbliləri öldürən amerikalı valideynlərini də qətlə yetirib - <span style="color: red;">FOTOSESSİYA
# 14 dekabr 2012 22:38 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərinin ibtidai məktəbində 27 nəfərin ölümü ilə nəticələnən qətliamı 24 yaşlı Rayan Lansanın törətdiyi müəyyənləşib. APA-nın məlumatına görə, bu barədə “Frans Press” xəbər verir.

Agentliyin məlumatına görə, ölənlər arasında Rayan Lansanın məktəbdə çalışan anası da var. Bundan başqa, evdən çıxarkən Lansa atasını da güllələyib.

Nyutaun şəhərinin ibtidai məktəbində baş verən atışmada ölənlərin 18 nəfəri uşaqdır.

Atışma zamanı məktəbdə ən azı 600 uşaq olub. Cinayətkar məhv edilib. Atışmada məktəb direktoru və psixoloq həlak olub. Polis hadisə yerində minimum iki tapança tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR