“İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir - FOTOSESSİYA

“İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2013 09:28 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova deyib ki, konfrans AzMİU, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası və “Fövqəl” Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Tədbir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Konfransda Azərbaycanın müxtəlif elmi müəssisələrindən, şirkətlərdən, dövlət qurumlarından nümayəndələrlə yanaşı, müxtəlif ölkələrdən 31 xarici qonaq qatılıb.

G. Məmmədova əvvəlcə H. Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Onun dövründə ölkədə geniş abadlıq və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.

Fövqəladə hallar nazirinin müavini Ragim Lətifov isə bildirib ki, son illər Azərbaycanda tikinti qanunvericiliyi təkmilləşdirilərək dünya standartlarına uyğunlaşdırılıb, yeni normativ-hüquqi aktlar qəbul edilib, bu sahəyə dövlət nəzarəti gücləndirilib: “Tikinti subyektlərinin üzləşəcəyi risklərin proqnozlaşdırılması məsələyə kompleks yanaşmanı tələb edir. Tikintidə risk və təhlükəsizlik ayrılmaz anlamlardır. Bu sahədə layihələndirmə olduqca vacibdir”.

FHN-in tikinti sahəsinə dövlət nəzarətinin təşkili ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışan nazir müavini deyib ki, ölkə ərazisində tikilən obyektlərin ekspertizası keçirilir və buna müvafiq qərarlar qəbul olunur.

Konfransda “Heydər Əliyev və milli ideologiya”, “Heydər Əliyev müasir Azərbaycanın memarı kimi”, “Yeni yanğınsöndürmə vasitələrinin inşaat kompleksində yanğın riskinin azaldılmasına təsiri”, “Müasir şəraitdə qiymətlərin tənzimlənməsinin əhalinin sosial vəziyyətinə təsiri”, “Obyektlərin tikintisi dövründə təşkilati layihələndirmənin torpaqdan istifadə məsələləri ilə əlaqələrinin təhlili”, “Dərinlik nasoslarının etibarlılığı və ona təsir edən faktorlar”, “Yaşayış binalarının qaz təchizatında mövcud risklər”, “Şəhər tikintisinin xəstəliklərin yayılmasına və ekoloji tarazlığa təsiri” və s. mövzularda məruzələr və müzakirələr aparılacaq.

Konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR