Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Cinayət-Axtarış Şöbəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də Badamdar yolunda taksi sürücüsü, Quba rayon sakini Nəsimi Tahirovun əlindən 350 manatını alaraq soyğunçuluqda şübhəli bilinən Quba rayon sakini, 1996-cı il təvəllüdlü Fərid Abbasov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Mehman Paşayev tutulublar.
Faktla bağlı araşdırma aparılır.