Ağdaşda diş həkimi avtomobili ilə itkin düşüb - FOTO

Ağdaşda diş həkimi avtomobili ilə itkin düşüb   - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 16:33 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayon sakini itkin düşüb. Ağdaş Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elsevər Müğdət oğlu Məmmədov dekabrın 3-də saat 16:00 radələrində idarə etdiyi 10 EK 970 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə evdən çıxıb və bu günədək geri qayıtmayıb.

İki övlad atası olan Elsevər Məmmədov rayonda diş həkimi kimi çalışır. Onun sonuncu dəfə öz maşını ilə Qəbələ rayonu istiqamətində hərəkət etdiyi bildirilir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Elsevər Məmmədovu və ya onun avtomobilini görən şəxslər Ağdaş Rayon Polis Şöbəsinin telefon nömrələrinə (0193-5-51-81 və ya 055-567-79-79) müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR