Bu il Azərbaycanda əmanət və kreditlər üzrə faiz dərəcələri 2% azalıb

Bu il Azərbaycanda əmanət və kreditlər üzrə faiz dərəcələri 2% azalıb
# 27 dekabr 2012 08:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci ildə əhalinin bank sisteminə etimadı daha da güclənib, əmanətlərin həcmi 15,6% artaraq 4,8 mlrd. manata çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Bəyanata əsasən, müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17,4% artıb. Bu dövrdə manatla əmanətlərin artım tempi (23%) xarici valyutada əmanətlərin artım tempini (6,5%) əhəmiyyətli şəkildə üstələyib. Regionlarda əmanətlərin həcmi isə 16% artıb.

Bəyanatda bildirib ki, 2012-ci ildə faiz dərəcələrində azalma meyli davam edib. Kreditlər və əmanətlər üzrə orta faiz dərəcələri 2 faiz bəndinədək azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR