ETTELAAT zərərsizləşdirdiyi terrorçularla bağlı bəzi detalları açıqlayıb

ETTELAAT zərərsizləşdirdiyi terrorçularla bağlı bəzi detalları açıqlayıb
# 22 noyabr 2012 08:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin cənubunda yerləşən Xuzistan vilayətində bir sıra terror aktları törətmək niyyətində olan zərərsizləşdirdiyi şəxslərlə bağlı detalları açıqlayıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, açıqlamada tutulan şəxslərin xarici kəşfiyyat orqanlarına bağlı olduqları və separatçı terror dəstələrinin üzvləri olduqları bildirilib: “Onlar 7 il əvvəl Fars körfəzi ölkələrinin birindən maliyyə dəstəyi alaraq bu müddət ərzində Xuzistan bölgəsində ABŞ və İsrailin istəkləri ilə 13 terror aktı həyata keçiriblər. Nəticədə İranın ərəb mənşəli vətəndaşlarından 29 nəfər həlak olub, 350 nəfər yaralanıb. Bundan əlavə, xarici kəşfiyyat orqanlarına bağlı separatçı terrorçular İranın müxtəlif həssas bölgələrində təxribatlar törətməyə hazırlaşıblar. Ancaq onların şəxsiyyətləri müəyyənləşib və həbs olunublar”.

Məlumatda qeyd olunur ki, həbs olunmuş terrorçulardan bəziləri İnterpol tərəfindən beynəlxalq axtarışda olub: “Ancaq buna baxmayaraq, Avropa ölkələri və bölgədəki ərəb dövlətlərinə çox rahat şəkildə gedib gələrək onlardan silah və maliyyə dəstəyi alıblar”.

Eyni zamanda xəbərdə həbs olunmuş terrorçulardan bəzilərinin Avropa Parlamentində çıxışlar etdiyi, BBC başda olmaqla Qərb ölkələrinin digər kütləvi informasiya vasitələrinə bəyanatlar verdikləri və onların İranda insan haqları müdafiəçiləri olaraq tanıdıldığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR