İranda məktəbliləri daşıyan avtobus aşıb, 14 nəfər yaralanıb

İranda məktəbliləri daşıyan avtobus aşıb, 14 nəfər yaralanıb
# 21 noyabr 2012 23:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda növbəti avtobus qəzası baş verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, hadisə noyabrın 21-də günortadan sonra ölkənin Sistan və Bəluçistan vilayətinin Nikşəhr şəhərində baş verib. Məktəbliləri İran-İraq müharibəsinə həsr olunan abidəni ziyarət etmək üçün aparan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində Şiraz-Gəcsəran yolunun 30 kilometrliyində aşıb. Nəticədə 14 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 11-ci sinif şagirdləri olan yaralı məktəblilər yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qeyd edək ki, noyabrın 8-də İranın Səbzivar şəhərində də məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 2 nəfər ölmüş, 15 nəfərin yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR